Azərbaycan bu ölkələrdən qoyun alır- QİYMƏTLƏR

Qoyun
Qoyun

Bu ilin ilk 3 ayında Azərbaycana 21 min 538 baş diri iribuynuzlu ətlik heyvan, 10 min 115 baş diri qoyun idxal edilib. Açıqlanan rəsmi məlumatlara əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə iribuynuzlu heyvan idxalı 2,3 dəfə, qoyun idxalı isə 15,6 dəfə artıb.
Qeyd edək ki, iribuynuzlu heyvan Rusiya, Qazaxıstan və Gürcüstandan, qoyunlar isə Rusiya və Gürcüstandan gətirilib.
Aşağıda, bu ilin ilk 3 ayında iribuynuzlu heyvan və qoyun idxalının ölkələr üzrə sayı və bir ədədinin orta gömrük dəyəri göstərilib.

İribuynuzlu heyvan idxalı:
Rusiya – 15 886 baş (1 678 manat)
Qazaxıstan – 3 315 baş (778 manat)
Gürcüstan – 2 337 baş (756 manat)

Qoyun idxalı:
Rusiya – 7 945 baş (198 manat)
Gürcüstan – 2 170 baş (164 manat)

Mənbə: Yeniavaz

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.