Ucarın Müsüslü kəndində səhər satlarında partlayış baş verib. Hadisədən dərhal sonra ərazidə irimiqyaslı yanğın başlayıb.
Yerli sakinlərin bildirdiyinə görə, yanğın Azərbaycan Dəmir Yollarına məxsus yarımstansiyada qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası dərhal əraziyə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
Hadisənin səbəbləri araşdırılır./Azertac