Moskvada “3+3” reginal formatında ilk iclas keçirilib.
Azpost.info bildirir ki, bu barədə Rusiyanın XİN məlumat yayıb.
Məlumatda deyilir ki, iclasda xarici işlər nazirlərinin müavinləri Andrey Rudenko (Rusiya), Vaqe Qevorkyan (Ermənistan), Xələf Xələfov (Azərbaycan), Sedat Onal (Türkiyə), Əlirza Həqiqian (İran XİN-də baş direktor) iştirak ediblər. Dəvət olunmalarına baxmayaraq Gürcüstan görüşə qatılmaqadan imtina edib.
Görüşdə regional əməkdaşlığın çoxplanlı perspektivləri müzakirə olunub: “İştirakçı tərəflər üçün maraqlı olan praktik məsələrə fokuslanmaq barədə razılıq ldə edilib. Bura etimadı yüksəltmək, ticarət-iqtisadi, nəqliyyat, mədəni-humanitar dairələrdə qarşılıqlı əlaqələr daxildir”.
Bundan başqa gələcəkdə profil nazirliklərin və idarələrin iş planına daxil edilməsi üçün mümkün addımlar müzakirə olunub. İştirakçılar Gürcüstanın iş paltformasına qoşulmasında maraqlı olduqlarını bildiriblər və “qapının açıq” olduğunu vurğulayıblar.