Azərbaycan hərbçiləri Aralıq dənizində sualtı axtarış təlimində iştirak edib

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) hərbi qulluqçuları Aralıq dənizinin şərqində keçirilən “Kurtaran – 2023” sualtı axtarış və xilasetmə təlimində iştirak edib.

MN-dən verilən məlumata görə, təlimin planına əsasən batmış sualtı qayığın robotlar vasitəsilə axtarışı, vəziyyətinin qiymətləndirilməsi, eyni zamanda heyətin xilas edilməsi, dalğıclar vasitəsilə onlara qida və tibbi ləvazimatların ötürülməsi üzrə tapşırıqlar icra olunub.

Qeyd edilib ki, beynəlxalq təlimdə 17 ölkədən 37 nümayəndə iştirak edib.

 

 

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.