“Azərbaycan məsələsində Türkiyənin bütün partiyaları həmrəylik nümayiş etdirdi” –Zahid Oruc

“Türkiyə siyasi palitra cəhətdən olduqca müxtəlif ölkədir, ancaq Azərbaycan məsələsində Türkiyənin bütün partiyaları həmrəylik nümayiş etdirdi”.

Bunu Milli Məclisin İnsan Hüquqları komitəsinin bu gün keçirilən iclasında komitə sədri Zahid Oruc deyib.

Komitə sədri bildirib ki, onlar sağlamlıqları bahasına Qarabağ məsələsində bizim yanımızda oldular, erməni təxribatı törədilən ərazilərə səfərlər etdilər: “Türkiyə Parlamentinin İnsan hüquqları komissiyasının apardığı təhlillər, müşahidələr yüksək qiymətləndirilməlidir. Onlar erməni təxribatının ağır nəticələrini beynəlxalq aləmə çatdırmaqda israrlıdırlar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Qarabağ Dirçəliş Fondunun” Nizamnaməsi və strukturu təsdiqlənib

Sonrakı məqalə

Jurnalist Süleyman İsmayılbəyli İordaniya KİV-ində 20 Yanvar faciəsindən yazdı