Azərbaycan nərə balığının kürüsünü hansı ölkələrə satır?

Nərə kürüsü
Nərə kürüsü

Son illərdə Azərbaycanda nərə balıqlarının kürüsünün (qara kürü) ixracında əhəmiyyətli artım müşahidə olunur. AzPost bildirir ki, 2023-cü ilin ilk on bir ayı ərzində ölkə xaricə 1 ton 10 kiloqram qara kürü ixrac edib. Bu, əvvəlki dövrlərlə müqayisədə 6 dəfəyə yaxın artım deməkdir.

2024-cü ilin ilk aylarında isə təxminən 480 kiloqram qara kürü ixrac olunub. Bu ixracın dəyəri 553 min 780 ABŞ dolları təşkil edib. Azərbaycan qara kürünü əsasən aşağıdakı ölkələrə göndərib:

  • Birləşmiş Ərəb Əmirlikləri

  • Amerika Birləşmiş Ştatları

  • Qazaxıstan

  • Səudiyyə Ərəbistanı

  • Sinqapur

Məlumata görə, 2024-cü ildə Azərbaycan kürüsünün orta ixrac qiyməti bir kiloqram üçün 1961 manat olub. Maraqlıdır ki, bu məhsulun idxalı da davam edir. 2023-cü ildə ölkəyə 71 ton 932 kiloqram kürü və onun əvəzediciləri idxal edilib. Əsas tədarükçü ölkələr Çin, RusiyaBelarus olub. İdxal olunan kürünün orta qiyməti isə 510 manat təşkil edib. Bu fərq Azərbaycanın ixrac etdiyi kürünün daha keyfiyyətli və elit seqmentə aid olduğunu göstərir.

Bu artım təsadüfi deyil. Kürü istehsalında da ciddi yüksəliş müşahidə edilir. 2025-ci ilin ilk rübündə Azərbaycanda qara kürünün istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 5.1 dəfə artıb. Belə ki, cari ilin yanvar-mart aylarında Azərbaycan xarici ölkələrə 180 kiloqram nərə balıqlarının kürüsünü satıb.

2025-ci ilin ilk ayında Albaniyaya 10 kiloqram nərə balığı kürə göndərilib və bu partiyanın dəyəri 14,36 min ABŞ dolları təşkil edib. Amerika Birləşmiş Ştatlarına da 10 kiloqram ixrac olunub və bunun qarşılığında ölkəyə 10,07 min ABŞ dolları daxil olub.

Ən iri partiya Birləşmiş Ərəb Əmirliklərinə göndərilib. Bu ölkəyə 140 kiloqram nərə balığı kürüsü ixrac edilib və ümumi məbləğ 149,5 min ABŞ dollarına olub. Sinqapura ixrac olunan 10 kiloqram məhsul əldə etmək üçün 18,13 min ABŞ dolları hesabına gəlir.

Bundan əlavə, ixrac olunan 10 kiloqram kürünün göndərildiyi ölkə açıqlanmasa da, həmin partiyanın dəyəri 18,14 min ABŞ dolları təşkil edib. Ümumilikdə, bu bazarda Azərbaycandan ixrac olunan nərə balığı kürünün dəyəri və həcm bazarda məhsula olan marağın davamını həyata keçirir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.