Azərbaycan Ordusu Ermənistanın mövqelərini atəşə tutmayıb- Müdafiə Nazirliyi

İyunun 17-si saat 18:40 radələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin müxtəlif çaplı atıcı silahlardan atəşə tutulması barədə bu ölkənin müdafiə nazirliyinin yaydığı məlumat tamamilə yalandır, həqiqətə uyğun deyil.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

“Qarşı tərəfin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik”, – açıqlamada deyilir.

Əvvəlki məqalə

“ABŞ Ukraynanın NATO-ya yolunu asanlaşdırmayacaq”

Sonrakı məqalə

Putin Afrika ölkələrinin “sülh planı”nı dəstəkləyib