Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

Azərbaycan Prezidenti İranın vitse-prezidenti ilə görüşüb

Orkhan Ali 13 Noyabr 2024 - 18:42 (Last updated: 21 May 2025 - 20:15)
0cf65482-ce0a-3cae-b39a-6201b0ebe648_850

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də İran İslam Respublikasının vitse-prezidenti, İranın Ətraf Mühitin Mühafizəsi Təşkilatının sədri xanım Şina Ənsari ilə görüşüb.

COP29-un ölkəmizdə keçirilməsi münasibətilə Azərbaycan Prezidentini təbrik edən Şina Ənsari İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını İran dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Məsud Pezeşkianın Prezident seçilməsindən sonra onunla telefon danışığını məmnunluqla xatırlayan dövlətimizin başçısı vurğuladı ki, Məsud Pezeşkianın dövlət başçısı seçilməsindən sonra Azərbaycan hökumətinin müxtəlif səviyyəli nümayəndə heyətləri İrana səfər ediblər.

İran ilə Azərbaycan arasında çox yaxşı münasibətlərin olduğunu deyən Şina Ənsari əlaqələrimizin tarixi xarakter daşıdığını vurğuladı.

Söhbət zamanı Araz çayı üzərində birgə layihələr, Su Elektrik Stansiyasının tikintisi və ətraf mühit sahəsində əməkdaşlığımız qeyd olundu, hökumətlərarası komissiyanın fəaliyyətinin önəmi vurğulandı.

Şimal-Cənub nəqliyyat dəhlizinə toxunuldu, bu xüsusda Azərbaycan, Rusiya və İran arasında birgə əməkdaşlıq qeyd edildi.

Görüşdə Xəzər dənizinin ekoloji problemlərinin aradan qaldırılması və Xəzərdə hazırda suyun səviyyəsinin azalması probleminə toxunuldu, bu baxımdan sərhədyanı ölkələr arasında əməkdaşlığın vacibliyi vurğulandı.

Prezident İlham Əliyev Ermənistanın dağ-mədən sənayesinin tullantılarının Araz çayına axıdılması və bunun çayın ekoloji durumuna mənfi təsir etməsindən narahatlığını ifadə etdi.

Söhbət zamanı ikitərəfli münasibətlərin müxtəlif aspektlərinə dair fikir mübadiləsi aparıldı.

Post navigation

Previous: “Azərbaycanla kommunikasiyaların açılması üzrə həll yoluna yaxınıq”
Next: Prezident İlham Əliyev Yunanıstanın Baş naziri ilə görüşüb

Oxşar xəbərlər

tofiq zülfüqarov
  • Siyasət

“Ərdoğanın ətrafında Azərbaycana təzyiq yaratmaq istəyənlər var” – Tofiq Zülfüqarov

User 31 Oktyabr 2026 - 10:48
hikmet cefri saks
  • Siyasət

“Azərbaycan Ermənistanla əbədi sülh yolunu seçib” – Hikmət Hacıyev

User 30 Oktyabr 2026 - 18:25
hikmet-h.
  • Siyasət

“Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirdik” – Hikmət Hacıyev

User 30 Oktyabr 2026 - 13:27

xƏBƏR

rubio
  • Dünya

Rubio Ukraynada sülhə inanmır – Putin Trampın G20 dəvətini rədd edə bilər

User 02 Noyabr 2026 - 10:35
ABŞ dövlət katibi Marko Rubio yaxın aylarda Ukraynada müharibənin dayandırılması ilə bağlı razılığa gəlməyin mümkünlüyünə şübhə ilə...
Read more about Rubio Ukraynada sülhə inanmır – Putin Trampın G20 dəvətini rədd edə bilər
4 bürc üçün çətin günlər bitir – Noyabrda həyatlarında nələr dəyişəcək? burcler
  • Maraqlı

4 bürc üçün çətin günlər bitir – Noyabrda həyatlarında nələr dəyişəcək?

User 02 Noyabr 2026 - 10:25
Çox yeyib kökəlməmək mümkündür? – Məşqçi vacib məqamları açıqladı pehriz
  • Maraqlı

Çox yeyib kökəlməmək mümkündür? – Məşqçi vacib məqamları açıqladı

User 02 Noyabr 2026 - 10:15
Ürəyi dayanan insanların beyni nə qədər işləyir? – Yeni araşdırma diqqət çəkdi urek
  • Maraqlı

Ürəyi dayanan insanların beyni nə qədər işləyir? – Yeni araşdırma diqqət çəkdi

User 02 Noyabr 2026 - 10:05
“Razılaşma əldə olunmasa, İrana qarşı yeni addımlar ata bilərik” – TRAMP tramp cixis
  • Dünya

“Razılaşma əldə olunmasa, İrana qarşı yeni addımlar ata bilərik” – TRAMP

User 02 Noyabr 2026 - 09:53
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.