Azərbaycan qarğıdalı idxalını 38 % azaldıb

Qarğıdalı
Qarğıdalı

Bu ilin I yarısında Azərbaycan 36 min 853 ton qarğıdalı idxal edib.

AzPost Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə qarğıdalının dəyəri 13 milyon 940 min ABŞ dolları təşkil edib.

Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 22 min 629 ton (38 %), dəyər baxımından isə 4 milyon 656 min ABŞ dolları (25 %) azdır.

Hesabat dövründə qarğıdalı idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,1 %-ni təşkil edib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.