Azərbaycan qazının TAP kəməri ilə Avropaya sınaq nəqlinə başlanıldı

Azərbaycanın “Şahdəniz-2” qaz-kondensat yatağından çıxarılan təbii qaz Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsi ilə Avropaya test rejimində daşınmasına başlanılıb.

“APA-Economics”in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, qaz Türkiyə-Yunanıstan sərhədində birləşən Trans-Adriatik Qaz Boru Kəməri (TAP) ilə Adriatik dənizini keçəcək və İtaliyaya qədər çatdırılacaq.

Mənbələr TAP-a test üçün və hətta xətdə qalacaq qədər sınaq məqsədilə qazın vurulduğunu, eyni zamanda TAP-ın 2021-ci ilin I rübündə tam gücü ilə fəaliyyət göstərəcəyini bildiriblər.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə “Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Bu suala cavab verə bilmirəm” –

Sonrakı məqalə

Uşaqlar üçün yaxşı və pis ölkələr –