Azərbaycan və Ermənistan parlament sədrləri Cenevrədə görüşəcəklər.
Bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan “Telegram”-da paylaşım edib.
Sahibə Qafarova və Alen Simonyan arasında görüş oktyabrın 21-də Parlamentlərarası İttifaqın 151-ci assambleyası çərçivəsində baş tutacaq.