Azərbaycan və Pakistan ortaq Ticarət və Sənaye Palatası yaradacaq

Pakistanda Azərbaycan Ticarət Evi və ortaq Ticarət və Sənaye Palatası yaratmaqla bağlı layihələr üzərində çalışırıq.

Bunu Bakıda keçirilən Azərbaycan-Pakistan Biznes Forumunda iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli deyib.

S.Bəşərli bildirib ki, 2023-cü ildə Azərbaycan və Pakistan arasında ticarət dövriyyəsinin həcmi 27 milyon ABŞ dolları olub:

“Bunun böyük hissəsini Azərbaycanın Pakistandan idxal etdiyi məhsullar təşkil edir. Lakin qarşılıqlı ticarəti inkişaf etdirmək üçün böyük potensial mövcuddur”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.