Azərbaycan və Türkiyə HDQ nümayəndələri arasında 9-cu Qərargah toplantısı keçirilib-FOTO

İyulun 19-da Azərbaycan Hərbi Dəniz Qüvvələri (HDQ) komandanı vitse-admiral Sübhan Bəkirov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə HDQ Komandanlığının Təftiş və Qiymətləndirmə rəisi kontr-admiral Yücel Darcanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qonaqları salamlayan vitse-admiral S.Bəkirov Azərbaycan ilə Türkiyə arasında hərbi sahədə əməkdaşlığın qardaşlıq münasibətləri üzərində qurulduğunu xüsusi vurğulayaraq bu əlaqələrin daim inkişaf etdiyini bildirib.

Qərargah toplantısında iki ölkə arasında hərbi, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparılıb.

Sonda Azərbaycan və Türkiyə HDQ arasında keçirilən 9-cu Qərargah toplantısının yekun protokolu imzalanıb, qarşılıqlı hədiyyələr təqdim olunub və xatirə şəkli çəkdirilib.

Əvvəlki məqalə

İTV-nin Yayım Şurasına yeni sədr seçilib

Sonrakı məqalə

Pirşağıda dənizdə batan uşağın meyiti tapılıb