Azərbaycan və Türkiyənin İKT sahəsində fəaliyyət göstərən şirkətləri arasında görüş keçiriləcək

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) İKT sahəsində fəaliyyət göstərən şirkətlərə müraciət edib.

KOBİA-dan bildirilib ki, Bakıda fəaliyyətə başlayacaq Türkiyənin texnologiya və innovativ həllər təklif edən şirkətləri ilə yerli sahibkarlar arasında iyulun 13-də “B2B” görüş təşkil ediləcək. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Türkiyənin Kiçik və Orta Müəssisələrin İnkişafı və Dəstəklənməsi Təşkilatının (KOSGEB) tərəfdaşlığı, Bilişim Vadisi Bakı və KOB Subyektləri və Klubları Assosiasiyasının (KOBSKA) təşkilatçılığı ilə keçiriləcək görüşün əsas məqsədi iki ölkə sahibkarları arasında əməkdaşlığın inkişaf etdirilməsidir.

Görüşdə yalnız qeydiyyatdan keçmiş və iştirakı təsdiq edilmiş sahibkarlar iştirak edə bilərlər

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.