Azərbaycan və Ukrayna XİN rəhbərləri görüşüb

Azərbaycan və Ukrayna XİN rəhbərləri arasında görüş keçirilib.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ukraynanın xarici işlər naziri Andrey Sibiqa BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində sentyabrın 24-də görüşüblər.

Nazirlər Azərbaycan və Ukrayna arasında münasibətlərin siyasi, iqtisadi, enerji, mədəni və humanitar aspektlərini müzakirə ediblər.

Məlumatda bildirilib ki, görüşdə, həmçinin, regionda mövcud vəziyyət və Azərbaycanın COP29-a sədrliyi çərçivəsində əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.