Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

Azərbaycan XİN başçısının müavini İsveçə səfər edib

User 20 May 2022 - 15:39 (Last updated: 21 May 2025 - 20:15)
isveçrə

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Fariz Rzayev 18-19 may tarixlərində İsveç Krallığına işgüzar səfər edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən  verilən xəbərə görə, səfər çərçivəsində İsveç xarici işlər naziri Ann Linde, İsveç Parlamentinin spikeri Andreas Norlen və xarici işlər nazirinin müavini Maqnus Nilson ilə görüşlər keçirilib.

Görüşlər zamanı Azərbaycan və İsveç arasında diplomatik əlaqələrin qurulmasının 30-cü ildönümünün hər iki paytaxtda silsilə tədbirlərlə birgə qeyd olunmasının önəmi vurğulanıb, ikitərəfli əlaqələrin hazırkı durumu və inkişaf perspektivləri müzakirə edilib və Cənubi Qafqazda postmünaqişə dövründə gedən proseslər haqqında fikir mübadiləsi aparılıb.

İsveç Beynəlxalq Məsələlər İnstitutu, Stokholm Şərqi Avropa Araşdırmaları İnstitutu (SCEEUS) və Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SİPRİ) rəhbərləri və tədqiqatçıları ilə keçirilmiş dəyirmi masalarda əsas müzakirə mövzusu postmünaqişə dövründə Cənubi Qafqazda gedən normallaşma prosesləri və bu xüsusda beynəlxalq tərəfdaşların oynaya biləcəyi rol ətrafında olub.

Səfər çərçivəsində, Azərbaycan və İsveç arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibəti və iki ölkənin xarici işlər nazirlərinin müavinləri Fariz Rzayev və Maqnus Nilsonun iştirakı ilə Stokholmun Nobel Mükafatı Muzeyində İsfar Sarabski Caz Triosunun konserti və diplomatik qəbul keçirilib.

Post navigation

Previous: “Qaçdıqları kimi də qayıtsınlar!” – Lukaşenko mühacirətdəki müxaliflərin qayıtmaq istədiyini dedi
Next: ÜST meymun çiçəyi virusu ilə bağlı fövqəladə iclas çağırır

Oxşar xəbərlər

tofiq zülfüqarov
  • Siyasət

“Ərdoğanın ətrafında Azərbaycana təzyiq yaratmaq istəyənlər var” – Tofiq Zülfüqarov

User 31 Oktyabr 2026 - 10:48
hikmet cefri saks
  • Siyasət

“Azərbaycan Ermənistanla əbədi sülh yolunu seçib” – Hikmət Hacıyev

User 30 Oktyabr 2026 - 18:25
hikmet-h.
  • Siyasət

“Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirdik” – Hikmət Hacıyev

User 30 Oktyabr 2026 - 13:27

xƏBƏR

pese mekteb
  • Sosial

Azərbaycanda hansı peşələr yox olmaq təhlükəsi ilə üz-üzədir? – Süni intellekt iş bazarını dəyişir

User 03 Noyabr 2026 - 14:35
Süni intellekt artıq yalnız texnologiya şirkətlərinin istifadə etdiyi alət deyil. Banklardan mağazalara, media qurumlarından mühasibat xidmətlərinə qədər...
Read more about Azərbaycanda hansı peşələr yox olmaq təhlükəsi ilə üz-üzədir? – Süni intellekt iş bazarını dəyişir
Tramp İranla bağlı qərarını verir – Müharibə başlayacaq, yoxsa Tehranla razılaşacaq? Tramp
  • Dünya

Tramp İranla bağlı qərarını verir – Müharibə başlayacaq, yoxsa Tehranla razılaşacaq?

User 03 Noyabr 2026 - 14:24
Novxanıdakı məşhur “milyonluq saray”ın sahibi həbs edildi bextiyar dali
  • Sosial

Novxanıdakı məşhur “milyonluq saray”ın sahibi həbs edildi

User 03 Noyabr 2026 - 14:11
ABŞ Ukraynaya silah tədarükü üçün NATO-dan əlavə 2 milyard istəyir abs silah
  • Dünya

ABŞ Ukraynaya silah tədarükü üçün NATO-dan əlavə 2 milyard istəyir

User 03 Noyabr 2026 - 14:07
Azərbaycanda telefonların bazar payı 66 faizə yaxınlaşdı – Kompüterlər niyə geriləyir? Telefon
  • İqtisadiyyat

Azərbaycanda telefonların bazar payı 66 faizə yaxınlaşdı – Kompüterlər niyə geriləyir?

User 03 Noyabr 2026 - 13:34
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.