Azərbaycan Yüksəliş Partiyası Anar Əsədlinin həbsi ilə bağlı Bəyanat verib

Azərbaycan Yüksəliş Partiyası  Anar Əsədlinin həbsi ilə bağlı Bəyanat verib.
Azpost.info bildirir ki, AY Partiya sədrinin həbsi ilə bağlı cəmiyyətədə gedən məlumatları düzgün anlaşılması üçün mövqe bildirməyə ehtiyac yarandığını qeyd edib.
Bəyanatda deyilir ki,  hüquqi müdafiə işinin təşkili üçün zəruri addımlar atılaraq, vəkil ilə müqavilə imzalanıb: “AY Partiya rəhbərliyində olan şəxslər, əslində, hadisə haqqında kifayət qədər məlumata sahibdir, ancaq sağlam hüquqi mövqe nümayiş etdirmək üçün həbs qərarının mətni ilə tanış olmaq lazımdır. Bayram günləri olması səbəbilə bu imkanı hələ əldə edə bilməmişik”.
AY Partiya Anar Əsədlinin həbsinin “siyasi akt” sayır: Qərar mətni əldə edilib hüquqşünaslarla müzakirə olunduqdan sonra bunu daha əmin söyləyə biləcəyik”.
AY Partiya daxilində hüquqi müzakirə sonrası mətbuat nümayəndələrinə geniş məlumat veriləcək, müntəzəm məlumat axışı təmin ediləcək.
Əvvəlki məqalə

Ermənistan Laçın yolunda sərhəd -buraxılış məntəqəsi qurur –

Sonrakı məqalə

Bəzi rayonlarda yollar dumanlı olacaq