Azərbaycana koronavirusu 45 dəqiqəyə təyin edən testlər gətiriləcək

“Gələcəkdə Azərbaycanda da koronavirusun təyini ilə bağlı ekspres testlər tətbiq ediləcək”.

“Report” xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin mütəxəssisi Cəvahir Süleymanova deyib.

Onun sözlərinə görə, bu testlər vasitəsilə müayinəni 45 dəqiqə ərzində aparmaq mümkün olacaq: “Azərbaycanda testlərin aparılması ilə bağlı çox unikal sistem yaradılıb, insanlardan nümunələr götürülür və təcili tibbi yardım maşınları ilə laboratoriyalara çatdırılır. Bu, insanları daha təhlükəli vəziyyətə düşməkdən qoruyur. Bu halda insanda virus yoxdursa, birbaşa özünün xəstəxanaya getməməsi onu qoruyur. Hazırda isə laboratoriyaya çatdırıldıqdan sonra ən azı 6-7 saat ərzində testin cavabı verilməlidir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda koronavirusun pik həddi başa çatıb?

Sonrakı məqalə

Milli Məclisin növbəti plenar iclasının tarixi açıqlandı