Azərbaycana koronavirusun müəyyənləşdirilməsi üçün daha 3000 test gətirilib

“Dünən Azərbaycana gələn ÜST-ün ekspertləri tərəfindən koronavirusun müəyyənləşdirilməsi üçün daha 3000 test  gətirilib”.

APA xəbər verir ki, bunu mətbuat konfransında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib. O bildirib ki, daha öncə də 1000 test gətirilmişdi: “Azərbaycan hökuməti özü də laboratoriyalardan bu testlərdən alır. Bu testlərdən düzgün istifədə etmək lazımdır. Çünki heç bir şey limitsiz deyil. Testlərin də dünyada istehsal məsələsi var. Hazırda diaqnostik testlərlə bağlı dünyada bir problem yoxdur, amma diqqətli istifadə etmək vacibdir. Yaxın zamanda  Azərbaycanda testlərlə bağlı problem yaşanacağını düşünmürəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sabiq nazir Hüseyn Bağırov haqqında səslənən iddialara cavab verdi,

Sonrakı məqalə

İlham Əliyev sabiq spiker Oqtay Əsədovla görüşdü, ona təşəkkür etdi –