Azərbaycanda ən yaşlı pensiyaçı 1890-cı ildə doğulub –Ölkədə 100 yaşlı neçə təqaüdçü var?

Bu gün ölkəmizdə yaşı 100-dən çox olan pensiyaçıların sayı 400 nəfərdir.

Bunu APA-ya açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili bildirib. Onun sözlərinə görə, onlardan 27 nəfəri kişi, 373 nəfəri isə qadındır.

Ən yaşlı kişi pensiyaçı İbrahimov Hilal İsa oğludur. O, 1915-ci il təvəllüdlüdür. Bakı şəhərində yaşayır.

Ən yaşlı qadın pensiyaçı isə 1890-cı il təvəllüdlü Əzizova Tamam Əli qızıdır. O, Lənkəran rayonunda yaşayır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Mehriban Əliyeva azad edilmiş Füzulidən paylaşım edib –

Sonrakı məqalə

Müdafiə Nazirliyi qanunsuz hərbi geyim geyənlərə qarşı reydlərə başlayıb –