Azərbaycanda ötən il yaradılmış “Mach Havacılık” MMC ləğv olunur. AzPost-un məlumata görə, şirkət ləğv olunduğunu elan edərək kreditorlara iki ay ərzində tələblərini təqdim etməyi tövsiyə edib.
Qeyd edək ki, “Mach Havacılık” 2024-cü ilin may ayında dövlət qeydiyyatına alınıb və nizamnamə kapitalı otuz dörd milyon manat olub. Şirkətə Türkiyə vətəndaşı, Türkiye Teknoloji Takımı İdarə Heyətinin üzvü Mehmet Ali Nart rəhbərlik edib.
Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 1, “Adore Plaza”nın IV mərtəbəsində yerləşir.
Hazırda bağlanma səbəbləri açıqlanmasa da, hüquqi prosedurlar davam edir.