Azərbaycanda 70 min manata avtomobil nömrəsi satılır –FOTO

Elan saytlarında dövlət nömrə nişanlarının müxtəlif qiymətə satılmasına rast gəlmək mümkündür. 

Dövlət rüsumu 35 manat olan avtomobil nömrələri belə saytlarda istənilən qiymətə satılır. Avtomobil nömrələrini bahalaşdıran isə onun üzərindəki rəqəm və hərflərlə bağlıdır.

Həmin saytlarda apardığımız araşdırma zamanı qiyməti bir avtomobilin dəyərindən də baha olan dövlət nömrə nişanlarına rast gəldik. 10-DO-100 dövlət nömrə nişanı 70 min manata satılır.

Dəyəri 55 min manata bərabər 10-VV-555 dövlət nömrə nişanının yerləşdirildiyi elana da rast gəlmək mümkündür. (Oxu.az)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan Prezidenti:

Sonrakı məqalə

Türkiyə və ABŞ Prezidentləri arasında telefon danışığı olub –