Azərbaycanda 89 nəfər koronavirusa yoluxub –132 nəfər sağalıb, 3 nəfər ölüb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 89 yeni yoluxma faktı qeydə alınıb, 132 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 37418 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 34837 nəfər müalicə olunaraq sağalıb, 551 nəfər vəfat edib, aktiv xəstə sayı 2030 nəfərdir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ombudsman Səbinə Əliyeva Tofiq Yaqublu ilə görüşdü

Sonrakı məqalə

“Biz həmişə bir-birimizin mövqeyini dəstəkləyirik” –