Azərbaycanda aktiv koronavirus xəstələrinin sayı açıqlanıb

Azərbaycanda koronavirusla əlaqədar reanimasiya şöbəsində müalicə alan və süni tənəffüs cihazına qoşulan xəstələrin sayı açıqlanıb. Hazırda reanimasiya şöbəsində müalicə alan xəstələrin sayı 272 nəfərdir. Avqustun 1-də isə həmin şöbədə müalicəsini davam etdirənlərin sayı 267 nəfər idi.

Bu barədə  Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Xəstələrdən 62 nəfər süni tənəffüs cihazına qoşulub. Ötən gün isə bu say 64-ə bərabər idi.

Hazırda ölkəmizdə 4868 aktiv koronavirus xəstəsi var. Avqustun 1-də isə aktiv xəstə sayı 5229-a bərabər idi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Seçkilər əvvəldən planlaşdırıldığı kimi 3 noyabrda keçiriləcək” –

Sonrakı məqalə

Ermənistan Tovuz, Gədəbəy və Tərtərdəki mövqelərimizi atəşə tutub –