Azərbaycanda beşdən çox uşağı olan qadınların sayı açıqlanıb

Azərbaycanda beşdən çox uşağı olan və sosial müavinət alan qadınların sayı açıqlanıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi  Nazirliyindən  sorğuya cavab olaraq bildirilib ki, ölkədə beşdən çox uşağı olub sosial müavinət alan qadınların sayı 2500 nəfərə yaxındır, onların uşaqlarının sayı 10 mindir.

Qeyd edək ki, Prezident İlham Əliyevin bugünkü Fərmanı ilə beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləği hər uşaq üçün 55 manatdan 70 manata qaldırılıb. Fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sınaq imtahanının doğru cavabları açıqlanıb

Sonrakı məqalə

Əmək pensiyasının minimum məbləği 240 manat olacaq –