Azərbaycanda bu ildən bu yollar istifadəyə veriləcək yollar- AÇIQLAMA

Prezident İlham Əliyevin rəhbərliyi ilə paytaxt Bakının və regionların inkişafı ilə bağlı qəbul edilən dövlət proqramlarına uyğun yolların müasirləşdirilməsi istiqamətində yerinə yetirilən layihələrin həcmi ildən-ilə artmaqdadır.

Bunu Trend-ə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

O bildirib ki, yol infrastrukturunun daha da təkmilləşdirilməsi və müasirləşdirilməsi kimi sosial yönümlü tədbirlərin icrası Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən uğurla yerinə yetirilir: “Bunun bariz nümunəsidir ki, avtomobil yollarının keyfiyyətinə görə bu gün Azərbaycan dünyada 27-ci, MDB məkanında isə 1-ci yerdədir. Təbii ki, görüləsi işlər hələ çoxdur. Xüsusən də qəsəbədaxili yolların təmiri prioritet məsələdir. Dövlət başçısının xüsusi diqqət və qayğısı nəticəsində Azərbaycanın avtomobil yolları yenidən qurulur, yollarda təmir bərpa işləri davam etdirilir və yol infrastrukturu beynəlxalq standarlara uyğunlaşdırılır.

Bunlara misal olaraq deyə bilərəm ki, 2019-cu il ərzində xarici kredit vəsaiti hesabına M-2 magistral avtomobil yolunun Gəncə-Gürcüstan Respublikası ilə dövlət sərhədi hissəsinin 4 zolağa genişləndirilməsi (130,15 km, 4 hərəkət zolaqlı), R-32 Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun yenidən qurulması (70,5 km, 2 hərəkət zolaqlı), M-5 magistral avtomobil yolunun Yevlax-Şəki hissəsinin yenidən qurulması (58,12 km, 2 hərəkət zolaqlı), R-32 Bəhrəmtəpə-Biləsuvar avtomobil yolunun bərpası (59.8 km, 2 hərəkət zolaqlı) layihələri üzrə işləri davam etdirilib.

M-2 Bakı-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin 4 zolağa genişləndirilməsi layihəsi Avropa Yenidənqurma və İnkişaf Bankı ilə imzalanmış kredit sazişi çərçivəsində həyata keçirilir. Layihə üzrə artıq 29,13% iş görülüb. Uzunluğu 130,15 km olan I dərəcəli yolun tikintisi işlərinə 2019-cü ilin fevral ayında başlanıb, 2021-ci ildə başa çatdırılması nəzərdə tutulur.

Avropa Yenidənqurma və İnkişaf Bankı ilə imzalanmış kredit sazişi çərçivəsində həyata keçirilən R-42 Bəhrəmtəpə-Biləsuvar avtomobil yolunun bərpası da davam etdirilir. Artıq yolun 50,58 %-ində işlər yekunlaşıb. Uzunluğu 59,8 km olan II dərəcəli yolun tikintisi işlərinə 2019-cü ilin fevral ayında başlanıb, 2020-ci ildə başa çatdırılması nəzərdə tutulur.

R-32 Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun yenidən qurulması layihəsi isə Asiya İnkişaf Bankı ilə imzalanmış kredit sazişi çərçivəsində həyata keçirilir.

Layihə üzrə işlərin 52,21 %-i görülüb, 70,5 km uzunluğunda II texniki dərəcəli yolun tikintisi işlərinə 2019-cü ilin fevral ayında başlanıb, 2020-ci ildə başa çatdırılması nəzərdə tutulur”.

A.Nəcəfli bildirib ki, hazırda M-5 Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Xaldan-Şəki dairəsi hissəsinin yenidənqurulması və R-57 Şəki dairəsi-Şəki (12 km) avtomobil yolunun bərpası Asiya İnkişaf Bankı ilə imzalanmış kredit sazişi çərçivəsində həyata keçirilir:

“46,12 km olan II texniki dərəcəli və 12 km olan III dərəcəli hissələrin tikintisi işlərinə 2019-cü ilin mart ayında başlanıb, 2021-ci ildə başa çatdırılması nəzərdə tutulur. Artıq bu yolda da işlərin 55,4 %-i başa çatıb”.

Qurum sözçüsü qeyd edib ki, ölkə Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş 2019-cu ilin dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) xərcləri hesabına Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ( 92,0 km, 4 hərəkət zolaqlı), M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun 132-197 km hissəsinin tikintisi( 60,0 km, 4 hərəkət zolaqlı) işləri davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Daha bir ölkə Çindən bağlamaların qəbulunu dayandırır

Sonrakı məqalə

Azərbaycanda qan qıtlığı yaranıb?