Azərbaycanda daha 399 nəfər COVID-19-a yoluxub –2 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 399 yeni yoluxma faktı qeydə alınıb, 271 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfəri vəfat edib.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 2289 vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 464, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 104, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1440, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 281 nəfərdir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.