Azərbaycanda daha 84 nəfər COVID-19-a yoluxub

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 84 yeni yoluxma faktı qeydə alınıb, 78 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, analiz nümunələri müsbət çıxan şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 825 821 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 815 219 nəfər müalicə olunaraq sağalıb, 10 002 nəfər vəfat edib, aktiv xəstə sayı 600 nəfərdir.

Ölkədə son sutka ərzində 1 506, hazırkı dövrədək isə 7 416 537 test aparılıb.

Əvvəlki məqalə

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb

Sonrakı məqalə

Zelenski Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib