Azərbaycanda iş yerlərinin fəaliyyəti ilə bağlı yeni qaydalar hazırlanacaq

Azərbaycanda pandemiya dövründə strukturlar və xidmət sahələrinin fəaliyyəti ilə bağlı yeni qaydalar hazırlanacaq.

“Report” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Qeyd olunub ki, pandemiya dövründə ölkə ərazisində müvafiq strukturların və xidmət sahələrinin fəaliyyəti zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara uyğun həyata keçirilməlidir.

Qeyd olunan qaydalar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən hazırlanaraq ictimaiyyətə təqdim ediləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Ukraynada Saakaşviliyə vəzifə verilməsi qəbuledilməzdir”

Sonrakı məqalə

Parlamentlərarası əlaqələr üzrə işçi qrupların yeni rəhbərləri