Cari ilin yanvar-aprel aylarında Azərbaycanda 16,4 min ton marqarin istehsal edilib.
Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 478 ton və ya 3% çoxdur. Belə ki, ötən ilin ilk 4 ayında Azərbaycanda 15,9 min ton marqarin istehsal edilmişdi.
Hesabat dövründə ölkədə 8,7 min ton kərə yağı istehsal edilib ki, bu da, illik müqayisədə 223 ton, yaxud da 2,5% azdır
Ötən ilin eyni dövründə istehsal edilmiş kərə yağının miqdarı 8,9 min ton idi.
Qeyd edək ki, bəhs olunan dövrdə ölkədə 1,778 milyard manatlıq qida məhsulları istehsal edilib.