Azərbaycanda koronavirusla mübarizə aparan həkimlər qəzaya düşdü, 8-i yaralandı

Quba Rayon Mərkəzi Xəstəxanasından geri qayıdan həkim briqadası qəzaya düşüb. 

“Report”un Şimal bürosunun verdiyi məlumata görə, Xudat Şəhər Mərkəzi Xəstəxanasının tibbi personalı Quba Rayon Xəstəxanasından növbədən qayıdarkən yolda təcili tibbi yardım avtomobilində qəzaya düşüblər.

Hadisə nəticəsində biri sürücü olmaqla 7 nəfər tibb işçisi müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xudat Şəhər Mərkəzi Xəstəxanasının baş həkimi Qədir Hüseynov “Report”a faktı təsdiqləyib. Baş həkimin sözlərinə görə, tibb işçilərinin vəziyyəti qənaətbəxşdir.

Qeyd edək ki, qəzaya düşən həkimlər COVID-19 infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində növbəli şəkildə xəstəxanalara gedən  briqadalrından birinin tibb işçiləri olub.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Yas mərasimi təşkil edən daha 18 nəfər cərimələndi

Sonrakı məqalə

Ermənilər cəbhə xəttində növbəti təxribat törədib