Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Aktual

Azərbaycanda sabiq məmur daha bir şirkət təsis etdi

Orkhan Ali 12 İyun 2025 - 11:35 (Last updated: 12 İyun 2025 - 11:36)
1
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin sabiq müşaviri Şahin İbadov daha bir şirkət təsis edərək biznesinin əhatə dairəsini genişləndirib.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, onun rəhbərlik etdiyi “Kliniken Allianz” şirkəti bir müddət əvvəl dövlət qeydiyyatına alınıb.
Ş.İbadovun qanuni təmsilçiliyi ilə təsis edilmiş yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsi, ev 46B-dir. Bu ünvanda həmçinin Ş.İbadova məxsus “Siracoglu” MMC-nin tərkibində olan “BİÇER Luxury İnteriors” mağazası fəaliyyət göstərir. Mağazada Türkiyənin lüks brendlərindən olan mebellər satılır.
“Siracoglu” MMC 2019-cu ildə dövlət qeydiyyatına alınıb, hüquqi ünvanı Fatmayı qəsəbəsində yerləşir. Şirkətin qanuni təmsilçisi isə Ş.İbadovun oğlu Namiq İbadzadədir
Qeyd edək ki, Ş.İbadov həm də hazırda ləğv prosesində olan Bakı Tikinti Konstruksiya Qapalı Səhmdar Cəmiyyətinin (QSC) faktiki sahibidir və şirkətin 98,66 faiz səhmləri ona və ailəsinə məxsusdur. 2018-ci ildə dövlət qeydiyyatına alınan “Trans Tikinti” MMC-nin hazırda rəsmi olaraq qanuni təmsilçisi Ş.İbadovun oğlu Namiq İbadzadədir. N.İbadzadə bu şirkətin 100 faizlik səhmlərinə sahibdir.
Ş.İbadov həm də 2018-ci ildə dövlət qeydiyyatına alınmış “Sirac 2017” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisidir. Bu kommersiya təşkilatının hüquqi ünvanı isə Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi ev 2, mənzil 76-da yerləşir.
Xatırlıadaq ki, İbadov Şahin Siracoğlu uzun illər AAYDA-da yüksək vəzifələrdə çalışıb. O, əvvəllər Şəki və Oğuz Yol Tikinti İstismarı İdarəsinin rəisi, Bakı 4 saylı Yol Tikinti İdarəsinin rəisi, “AzərAvtoyol Təchizat İdarəsi”nin rəisi, “Azəravtoyol” sədrinin məsləhətçisi, AAYDA-nın Nəqliyyat Departamentinin rəisi və sonuncu dəfə isə AAYDA sədri Saleh Məmmədovun müşaviri vəzifəsində çalışıb. 2023-cü ilin yanvarında isə onun vəzifədən azad edildiyi barədə məlumatlar dərc olunub.

AzPost.az

Post navigation

Previous: Dövlət qurumları 814 min manatlıq tender imzaladı
Next: Havayda Kilauea vulkanı yenidən püskürdü

Oxşar xəbərlər

ramiz
  • Aktual

Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarıldı

User 16 Oktyabr 2026 - 17:12
vuqar zif
  • Aktual

Mətbuat Şurasının yeni sədri seçilib

User 16 Oktyabr 2026 - 12:18
milli meclis
  • Aktual

Milli Məclis təxribatlarla bağlı bəyanat yaydı –

User 16 Oktyabr 2026 - 09:18

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.