Azərbaycanda son sutkada 1157 nəfər COVID-19-a yoluxub, 31 nəfər ölüb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1157 yeni yoluxma faktı qeydə alınıb, 3065 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 461 249 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 412 469 nəfər müalicə olunaraq sağalıb, 6 134 nəfər vəfat edib, aktiv xəstə sayı 42 646 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 123, ötən müddət ərzində isə ümumilikdə 4 661 119 test aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Şeyxülislam BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi ilə görüşüb

Sonrakı məqalə

Cana fayda verən vitamin və minerallarla zəngin qidalar hansılardır?