Türkiyədə hərbçilərin olduğu avtomobil qəzaya uğrayıb, ölən və yaralananlar var-FOTO

Türkiyədə hərbçiləri daşıyan avtomobil qəzaya uğrayıb.

Məlumata görə, hadisə Adanada baş verib. Hərbçilərin olduğu avtomobilin digər nəqliyyat vasitəsilə toqquşması nəticəsində 2 hərbçi həlak olub, daha 3 nəfər yaralanıb.

Yaralılar Kozan Dövlət Xəstəxanasına çatdırılıb. Qeyd edilir ki, onlardan birinin vəziyyəti ağırdır.

İlkin məlumata görə, qəzaya minik maşınının işıqforun qırmızı işığında yolu keçməsi səbəb olub. Nəticədə avtomobil hərbçilərin olduğu nəqliyyat vasitəsilə toqquşub.

“Report”

Əvvəlki məqalə

Lukaşenko xokkey matçında üzündən zərbə aldı –

Sonrakı məqalə

Azərbaycanda son sutkada 28 nəfər COVID-19-a yoluxub