Azərbaycanda son sutkada 3428 nəfər COVID-19-dan sağalıb –2447 nəfər yoluxub, 41 nəfər ölüb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2447 yeni yoluxma faktı qeydə alınıb, 3428 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 41 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 447725 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 389977 nəfər müalicə olunaraq sağalıb, 5920 nəfər vəfat edib, aktiv xəstə sayı 51828 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15530, ötən müddət ərzində isə ümumilikdə 4578600 test aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Taliban” Əfqanıstanın yeni hökumətinin tərkibini elan etdi –

Sonrakı məqalə

Bakı iki erməni əsirini İrəvana qaytardı, Cəmil Babayevi geri aldı –