Bakı iki erməni əsirini İrəvana qaytardı, Cəmil Babayevi geri aldı –Rüstəm Murdov mübadilədə iştirak edib

Bakı iki erməni hərbçisini İrəvana qaytarıb.

Azpost.info bildirir ki, bu barədə “Sputnik Armenia”ya mötəbər mənbələrdən məlumat verilib. Əsirlərin olduğu təyyarə Bakıdan İrəvana uçub. Təyyarədə 2 erməninin olması ehtimal edilir. Bunun əvəzində erməni tərəfi Ağdərədə saxlanmış azərbaycanlı hərbçi Cəmil Babayevi qaytarıb.

Əsirlərin mübadiləsi Rusiya sülhməramlılarının rəhbəri Rüstəm Muradovun iştirakı ilə aparılıb.

**

Azərbaycanın Ermənistana qaytardığı əsirlərin adları məlum olub. Bunlar Artur Nalbandyan və Aramis Torozyandır. Onlar iyulun 14-də Zəngəzurda, Qaragöl yaxınlığında tutulublar.

Qeyd edək ki, Ermənistan mətbuatı avqustun 25-də Cəmil Babayevin Rusiya sülhməramlılarının nəzarətində olan Ağdərədə tutulduğu barədə məlumat yaymışdı.

Xatırladaq ki, Müdafiə Nazirliyi Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Babayev Cəmil Natiq oğlunun Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk etdiyini və haqqında cinayət işi başlanıldığını bildirib.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda son sutkada 3428 nəfər COVID-19-dan sağalıb –

Sonrakı məqalə

Portuqaliya-Azərbaycan oyunu –