Azərbaycanda son sutkada 86 nəfər koronavirusa yoluxub –26 nəfər sağalıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 86 yeni yoluxma faktı qeydə alınıb, 26 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 336047 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330219 nəfər müalicə olunaraq sağalıb, 4974 nəfər vəfat edib, aktiv xəstə sayı 854 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8871, ötən müddət ərzində isə ümumilikdə 3749303 test aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Tarif Şurası qazla bağlı yeni qiymətlər müəyyən etdi –

Sonrakı məqalə

Tarif Şurası işığın qiyməti ilə bağlı qərar verdi –