Azərbaycanda stadiondan elektrik naqilləri oğurlandı- İqtisadçı

Şəmkir Olimpiya Kompleksinin stadionunda oğurluq hadisəsi baş verib.

AzPost sportinfo.az-a istinadən xəbər verir ki, arenadan elektrik naqilləri oğurlandığı bildirilib.
İddialara görə, gecə saatlarında yaşanan hadisə “Şəmkir”in ev oyunlarını keçirdiyi məkanın işıqlandırma sistemini yararsız hala salıb. Çünki stadionda quraşdırılmış proyektorların kabelləri də oradan daşınıb.
Qeyd edilib ki, hadisə zaman futbolçular kompleksin ərazisindəki katejlərdə olsalar da, heç kim onların üzünü görməyib. Hadisədən bir qədər öncə ərazinin işıqları söndüyündən oyunçular qaldıqları yerdən çıxmayıblar.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.