Azərbaycanda “təhsil eksperti” statusunu Təhsil İnstitutu verəcək

“Təhsil İnstitutu olaraq heç kimə “təhsil eksperti” (Chartered Educator) statusu təqdim etməmişik”.

Bunu Təhsil İnstitutunun direktoru Rüfət Əzizov bildirib.

“Lakin yaxın gələcəkdə proses başlaya bilər, hazırda xarici təcrübə öyrənilir”, – deyə direktor qeyd edib.(APA)

“Beynəlxalq təcrübə göstərir ki, müxtəlif peşə sahələri üzrə statuslar həmin sahələrə uyğun institutlar tərəfindən verilir. Bu, eləcə də təhsillə bağlı sahələrə də şamil edilir”-deyə, Təhsil İnstitutunun direktoru Rüfət Əzimov bildirib.

O qeyd edib ki, buraya müəllim, baş müəllim, metodist və ya təhsil eksperti statusları aiddir: “Bu, yalnız təhsil sahəsinə aid deyil. Məsələn, İngiltərədə kimya mühəndisliyi, mexanika mühəndisliyi və ya elektrik mühəndisliyi sahələri üzrə təhsil alan şəxslər müəyyən müddət işlədikdən sonra aidiyyəti üzrə institutlardan peşəkarlığın təsdiqinə dair sertifikat-status alırlar. Namizədlər institutlar tərəfindən təşkil olunan komissiyaların müsahibələrindən keçir, müvafiq sənədləri təqdim edir, bütün tələblərə cavab verdikdən sonra həmin statusu əldə edirlər. Hazırda Təhsil İnstitutu tərəfindən bu istiqamətdə tədqiqat aparılır, müəllimlərin peşəkar inkişafı və onlara müvafiq statusların verilməsi məsələsi araşdırılır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Rəssam Şamo Abasov əsərlərində və xatirələrdə –

Sonrakı məqalə

“Qəsdən yazdırırlar ki, Elmar Məmmədyarov hörmətdən düşsün” –