Azərbaycanda türk sığorta şirkətinin lisenziyası ləğv edilib

Azərbaycan Mərkəzi Bankı 8 fiziki şəxs və bir hüquqi şəxsin sığorta lisenziyasını ləğv edib.

Bu barədə “APA-Economics”ə AMB-dən bildirilib. Bildirilib ki, bununla bağlı qərar “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 107.1.1-ci maddəsinə müvafiq olaraq könüllü müraciətlər əsasında verilib. Lisenziyası ləğv edilən şirkət Azərbaycanda avtomobil kirayəsi ilə məşğul olan “Otokoç Azərbaycan” MMC-dir.

Qeyd edək ki, 1997-ci ildən Azərbaycanda fəaliyyət göstərən şirkət Türkiyənin iri holdinqlərindən biri Koç Holdinqin törəmə şirkəti Otokoç Avis-ə məxsusdur.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.