Azərbaycanda ümumilikdə 298 nəfər koronavirusa yoluxub- 26 nəfər sağalıb, 5 nəfər ölüb

Azərbaycanda ümumilikdə 298 koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, onlardan 26 nəfər müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib. Hazırda 267 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Onlardan 11 nəfərin vəziyyəti ağır, 15 nəfərin vəziyyəti isə orta ağırdır. Müxtəlif karantin zonalarına yerləşdirilən 4602 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda daha 24 nəfərdə koronavirus aşkarlanıb, 1 nəfər vəfat edib

Sonrakı məqalə

Bakı metrosu bu gün saat 22.00-dan bağlanacaq