Azərbaycanda uşaq pornoqrafiyası ilə bağlı 3 cinayət faktı aşkar edilib –DİN

2020-ci ildə Azərbaycanda insan alveri ilə bağlı 282 cinayət faktı aşkar edilib.

Azpost.info bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin ötən ilə dair statistik məlumatlarında bildirilir.

Bunlardan 155-i insan alveri, 5-i məcburi əmək, 40 fakt insan alveri məqsədi ilə sənədlərlə qanunsuz hərəkətlər, 49-u fahişəliyə cəlb etmə, 1 iş yetkinlik yaşına çatmayanı fahişəliyə cəlb etmə,  3-ü uşaq pornoqrafiyasının dövriyyəsi, 21-i əxlaqsızlıq yuvaları saxlamaq, 4-ü seksual xarakterli hərəkətlərə məcbur etmə, 4-ü pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma ilə bağlı olub.

52 şəxs məhkəmə məsuliyyəti üzrə cinayət cəzasına məhkum edilib. Onlardan 21 nəfəri insan alverçiləridir. İnsan alveri qurbanlarının sayı 94 nəfər olub.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İnterpol azərbaycanlı milyarder Telman İsmayılovu axtarışa verib –

Sonrakı məqalə

May ayında aylıq sosial müavinət alanların sayı açıqlanıb