Azərbaycanda uşaqları olmadığına görə boşananların sayıAÇIQLANDI

2019-cu ildə Azərbaycanda uşaqları olmadığına görə pozulmuş nikahların sayı məlum olub.

Ədliyyə Nazirliyindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, 2019-cu ildə uşaqları olmadığına görə pozulmuş nikahların sayı 724 olub.

Xatırladaq ki, ötən il Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 63 869 nikah və 17 148 boşanma halları qeydə alınıb. Əhalinin hər 1 000 nəfərinə nikahların sayı 2018-ci illə müqayisədə dəyişməyərək eyni səviyyədə (6,4) qalıb, boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artıb.

Əhalinin hər 1 000 nəfərinə nikahlar Aran və Kəlbəcər-Laçın (6,9), Dağlıq Şirvan (6,8), Şəki-Zaqatala (6,6), Quba-Xaçmaz və Yuxarı Qarabağ (6,5) iqtisadi rayonlarında ölkə səviyyəsindən (6,4) yüksək olub, boşanmalar isə Bakı şəhərində və Kəlbəcər-Laçın (2,3), Abşeron və Yuxarı Qarabağ (2,0) iqtisadi rayonlarında ölkə səviyyəsindən (1,7) yüksək olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İranın birinci vitse-prezidenti də koronavirusa yoluxdu

Sonrakı məqalə

Oqtay Şirəliyevin qızı nazir vəzifəsindən azad edilib