Azərbaycandakı diplomatik nümayəndəliklər üçün koronavirusla bağlı brifinq keçirilib

BMT-nin Bakıdakı ofisində diplomatik nümayəndəliklər üçün koronavirusla (COVID-19) bağlı brifinq keçirilib.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyindən APA-ya verilən məlumata görə, 60-dan çox diplomatın qatıldığı brifinqdə BMT-nin rezident əlaqələndiricisi Ghulam Isaczai, Azərbaycan Xarici işlər nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva və Ümumdünya Səhiyyə Təşkilatının Cənubi Qafqazda fövqəladə hallara hazırlıq üzrə əlaqələndiricisi Vasily Esenamanov çıxış ediblər.

V.Esenamanov dünyada, o cümlədən Azərbaycanda virusun yayılmasına qarşı ÜST-nin dəstəyi ilə aparılan qabaqlayıcı tədbirlər barədə, L.Abdullayeva isə müvafiq rəsmi qurumların COVID-19-la əlaqədar həyata keçirdiyi tədbirlər haqqında danışıb. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və mövcud risklərlə bağlı müvafiq tövsiyələr verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Hərbi porokuror:

Sonrakı məqalə

İranda 95 nəfər yeni koronavirusa yoluxub