Azərbaycandan xaricə gedənlərin sayı 14% artıb- Rəqəmlər

Bu ilin yanvar-noyabr aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 14,1% artaraq 5095 min nəfər olub.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ölkə vətəndaşlarının 36,7%-i İrana, 28,7%-i Gürcüstana, 17,6%-i Rusiya Federasiyasına, 11,5%-i Türkiyəyə, 5,5%-i isə digər ölkələrə gedib. Gedənlərin 64%-ni kişilər, 36%-ni qadınlar təşkil edib.

Qeyd edək ki, ötən ilin analoji dövrü ilə müqayisədə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 25,5%, Gürcüstana gedənlərin sayı 12,7%, Rusiya Federasiyasına gedənlərin sayı 6,2%, Türkiyəyə gedənlərin sayı isə 4,5% artıb.

Bu ilin yanvar-noyabr aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 82,5%-i dəmir yolu və avtomobil, 16,8%-i hava, 0,7%-i isə su nəqliyyatından istifadə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan idmançıları antidopinq qaydalarını pozubmu?

Sonrakı məqalə

Deputat Mahir Aslanov səhhəti ilə bağlı açıqlama verdi: