Azərbaycanın 2020-2025-ci illər üçün Milli Miqrasiya Strategiyası hazırlanır

Azərbaycan Respublikasının 2020-2025-ci illər üçün Milli Miqrasiya Strategiyası hazırlanır.

APA-nın məlumatına görə, bu, Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) 2019-cu il üzrə illik hesabatı Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) 2019-cu il üzrə illik hesabatında əksini tapıb.

Sənəddə qeyd edilib ki, miqrantların, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquqlarının etibarlı müdafiəsi, daxili miqrasiyanın tənzimlənməsi istiqamətində aparılan işlərin yeni çağırışlar nəzərə alınmaqla, müasir standartların tələblərinə uyğun təşkil edilməsi məqsədi ilə hazırlanan Azərbaycan Respublikasının 2020-2025-ci illər üçün Milli Miqrasiya Strategiyasının layihəsinə dair təkliflər Dövlət Miqrasiya Xidmətinə göndərilib.

Qeyd edək ki, Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) 2019-cu il üzrə illik hesabatı Milli Məclisə daxil olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İranda koronavirusdan ölənlərin sayı 5000-i keçib

Sonrakı məqalə

Ana 17 uşağını koronavirusa yoluxdurdu