İranda koronavirusdan ölənlərin sayı 5000-i keçib

İranda koronavirusdan ölənlərin sayı 5000-i keçib.
APA-nın xəbərinə görə, bu barədə İranın Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur bildiirb. Onun sözlərinə görə, son bir gün ərzində koronavirusdan 73 nəfər vəfat edib, bununla da ölkədə indiyədək bu virusdan ölənlərin sayı 5031-ə yüksəlib.
Son sutka ərzində 1374 yeni yoluxma faktı qeydə alınıb və bununla da bu günə kimi İranda COVID-19 virusuna yoluxanların sayı 80868-ə çatıb. İndiyədək virusa yoluxmuş 55987 nəfər sağalıb.
Hazırda virus daşıyıcısı olan xəstələrdən 3513 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bu günədək 165 min işsizə birdəfəlik ödəniş edilib

Sonrakı məqalə

Azərbaycanın 2020-2025-ci illər üçün Milli Miqrasiya Strategiyası hazırlanır