Azərbaycanın AŞPA-da nümayəndə heyəti nə vaxt müəyyənləşəcək?- Açıqlama

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin tərkibinin müəyyənləşdirilməsi məsələsi koronavirus təhlükəsi aradan qalxdıqdan sonra gündəmə gələcək.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov APA-ya açıqlamasında deyib ki, AŞPA-nın bütün tədbirləri, o cümlədən aprel sessiyası təxirə salınıb.

S.Seyidov qeyd edib ki, bütün Avropa Şurası artıq iş qrafikini dəyişdirib, hamısı onlayn rejimdə işləyir: “Ona görə nümayəndə heyətinin nə vaxt, hansı formada, hansı tərkibdə Avropaya gedəcəyi sual altındadır. Avropa tam şəkildə bağlanıb, beynəlxalq təşkilatlar işləmir. Bu sual hələ aktual deyil. Koronavirus təhlükəsinin aradan qalxması ilə bağlı hər hansı müsbət məlumatlar gəlməyə başlasa, bu haqda fikirləşməyə dəyər. Azərbaycanın AŞPA-da nümayəndə heyətinin tərkibi hər zaman olduğu kimi parlamentdə formalaşacaq”. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Nazirlər Kabinetinin saytında koronavirusla bağlı yeni bölmə yaradıldı

Sonrakı məqalə

Moskvada 9 may paradında ABŞ nümayəndə heyətinə Trampın müşaviri rəhbərlik edəcək