“Azərbaycanın futbol görüntüsü yaxşı deyil” –Samet Aybaba AFFA ilə təmasını təkzib edib

“AFFA-dan mənimlə heç kim təmasa keçməyib. Türkiyə mətbuatında yazılanlar həqiqəti əks etdirmir”.

Bunu apasport.az saytına açıqlamasında adı Azərbaycan millisinin baş məşqçi postuna hallanan Samet Aybaba deyib.

Qardaş ölkə mediası AFFA-nın 66 yaşlı mütəxəssislə anlaşdığını yazsa da, Aybaba bunu təkzib edib. Bununla belə, o, yığmamızda işləməyə müsbət yanaşır: “Təbii ki, təklif olsa, oturub danışmaq lazımdır. Azərbaycan bizim də ölkəmizdir”.

Son olaraq “Adana Dəmirspor”u çalışdıran Samet Aybaba millimizin hazırkı durumundan da bəhs edib: “Düzü, Azərbaycanın futbol görüntüsü heç də yaxşı deyil. Yığma komandanın dünya çempionatının seçmə mərhələsindəki nəticələrini biz də izləyirdik. Çox çalışmaqla vəziyyəti düzəltmək lazımdır”.

Qeyd edək ki, Azərbaycan millisinin hazırkı baş məşqçisi Canni de Byazinin müqavilə müddəti ayın sonuna qədərdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ermənistan Tovuzdakı mövqelərimizi atəşə tutub –

Sonrakı məqalə

“İndiki nəsil qüdrətli Azərbaycanı sizə əmanət edəcək” –