Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxsə tezliklə hökm oxunacaq- Açıqlama

İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş Azərbaycana səfərə yola düşüb.

Nazir hava limanında jurnalistlərə açıqlama verib.

Nazir bildirib ki, İran və Azərbaycan Respublikası arasında ticarət balansı əvvəlki vəziyyətinə qayıtmalıdır.

O, Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən şəxsin işini məhkəmə sistemi rəhbərinin və Prezidentin təqib etdiyini diqqətə çatdırıb.

“Tezliklə təqsirləndirilən şəxsə hökm oxunacaq”, – Mehrdad Bəzrpaş əlavə edib(apa).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.